BDU alimlərinin məqalələri dünyanın tanınmış nəşrlərində dərc edilib

05/08/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanovun həmmüəllif olduğu məqalələri Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub.

1. Gudrat G.Mamedov, Mahamadali A.Ramazanov, Afet A.Mehdiyeva, Jalal A.Naghiyev. "Mapping and Assessment of the Results on Radioecological Monitoring of the Territories in the Absheron Peninsula of Azerbaijan" (Azərbaycanın Abşeron yarımadası ərazilərin radioekoloji monitorinqi nəticələrinin xəritələşdirilməsi və qiymətləndirilməsi) adlı məqalə Şpringer nəşriyatının "Digitalization and Industry 4.0: Economic and Societal Development" (“Rəqəmsal və sənaye 4.0: İqtisadi və sosial inkişaf”) adlı monoqrafiyasında dərc edilib. Digitalization and Industry 4.0: Economic and Societal Development, p 381-396, Springer.

Məqalənin elmi nəticələri BDU-da uğurla yerinə yetirilmiş 3998 saylı STCU qrant layihəsi təadqiqatlarından alınıb. Məqalədə Abşeron yarımadası klasterlərə bölünmüş, neftlə çirklənmiş ərazilərdə radiasiya fonu öyrənilib, radiyasiyanı yaradan səbəblər təhlil edilərək xəritələnib.

2. M.A.Ramazanov, A.Kh.Karimova, H.A.Shirinova. “Magnetism for Drug Delivery, MRI and Hyperthermia Applications: a Review” (Maqnetizmin dərman daşınma, MRG və hipertermiyada tətbiqi: icmal) adlı məqalə “Biointerface Research in Applied Chemistry” (2020, İF-0.89) jurnalında dərc edilib. Volume 11, Issue 2, 2021, pp. 8654-8668.

Məqalədə dəmir oksid nanohissəciklərinin xərçəng xəstəliyinin diaqnostikası, müalicəsi və dərman daşınma sistemlərində tətbiqi və təhlükəsizliyi ilə bağlı əsasən son illərdə dərc olunmuş ədəbiyyatın təhlili ilə bağlı məsələlərə toxunulub. Biotibbi məqsədlərdə istifadə üçün maqnit nanohissəciklərinə qoyulan əsas tələblər qeyd edilib, həmçinin, quruluş, forma, ölçü ilə maqnit xassələri arasındakı sıx əlaqənin xüsusiyyətləri araşdırılıb. Bununla yanaşı, nanohissəciklərin toksiklik xassələrinin tədqiqinin ədəbiyyat analizi də aparılıb.

Məqalələri oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1007/978-3-658-27110-7_27

https://biointerfaceresearch.com/wp-content/uploads/2020/08/20695837112.86548668.pdf


Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026