BDU alimlərinin məqalələri nüfuzlu jurnallarda dərc olunub

19/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi “Nanomaterialların kimyəvi fizikası” kafedrasının professoru Məhəmmədəli Ramazanov, dosenti Flora Hacıyevanın, f.ü.f.d. Həbibə Şirinovanın və doktorantlarının həmmüəllif olduqları məqalələri Web of Science Clarivate Analytics elmmetrik beynəlxalq bazasına daxil olan Integrated Ferroelectrics (IF=0,624) jurnalında dərc olunub.

1. M.A.Ramazanov, A.S.Huseynova, F.V.Hajiyeva, and S.U.Atayeva  “Influence of Electrothermopolarization on PE+PbCrO4–Based Nanocomposition Structures” Integrated ferroelectrics 2020, VOL. 211

https://doi.org/10.1080/10584587.2020.1803683

Məqalədə PE+PbCrO4 əsaslı nanokompozitlərin elektret xassələrinə və yük halına elektrotermopolyarlaşma prosesinin təsiri öyrənilib. Müəyyən edilib ki, PbCrO4 nanohissəciklərinin PE polimer matrisə daxil edilməsi ilə elektret yükləri üçün yeni tələlər yaranır, bu isə polimerin yük halının və elektret xassələrinin dəyişməsinə gətirib çıxarır. Bu yüklərin konsentrasiyası və energetik dərinlikləri elektretlərin yaşama müddətinə və yük halına çox güclü təsir edir və elektrotermopolyarlaşmanın təsiri altında sahənin intensivliyinin artması ilə nanokompozitlərin komponentləri arasındakı sərhəddə yığılan yüklərin konsentrasiyasının artması baş verir. Elektret nanokompozitlər yüksək effektivli mikrofonların, elektroakustik qurğuların, mobil rabitə vasitələri üçün çeviricilərin və sair alınmasında istifadə oluna bilər.

2. M.A.Ramazanov, H.S.Ibrahimovam “Influence of Electro Thermal Treatment on Dielectric Properties of PP+ZrO2 - Based Polymer Nanocomposites” Integrated ferroelectrics 2020, VOL. 211

https://doi.org/10.1080/10584587.2020.1803678

Məqalədə PP+ZrO2 əsaslı polimer nanokompozitlərin dielektrik xassələrinə elektrik sahəsinin təsiri altında işləmənin təsiri tədqiq edilib. Müəyyən edilib ki, elektrik sahəsinin təsiri nəticəsində polimer nanokompozitlərin dielektrik nüfuzluğu, dielektrik itkisi və xüsusi müqaviməti  sahənin intensivliyinin müəyyən qiymətinə qədər artır, sahənin intensivliyinin sonrakı artımı isə bu parametrlərin azalmasına səbəb olur. Sahənin müəyyən intensivliyində elektrofiziki parametlərinin artması nanokompozitlərin fazalararası sərhəddə yığılan yüklərin miqdarının artması ilə əlaqədar olması təyin edilib. Dielektrik parametrlərin sonrakı azalması polimer zəncirinin detsruksiyası ilə izah olunub. Bü cür nanokompozitlər optik sensorların, şəffaf optik çeviricilərin, yüksək effektivli şəffaf lüminofor təbəqələrin və sair alınmasında geniş itifadə oluna bilər.

3. M.A.Ramazanov, M.A.Jafarov, H.A.Shirinova, A.H.Karimova and N.A.Huseynzade Amorphous Silica Np-Embedded-Polymer Nanocomposites with Enhanced Optical and Dielectric Properties Integrated ferroelectrics 2020, VOL. 211

https://doi.org/10.1080/10584587.2020.1803671

Məqalədə termoplastik izotaktik polimer matrisinə amorf silisium dioksid nanohissəcikləri daxil etməklə alınmış polimer nanokompozitlərin dielektrik və fotolüminessent xassələri tədqiq edilib. Müəyyən olunub ki, nanodoldurucunun daxil edilməsi ilə nanokompozitlərin dielektrik nüfuzluğu artır, e¢ və tan d parametrlərinin isə azalması baş verir. PP+SiO2 əsaslı polimer nanokompozitlərdə 400-700 nm dalğa diapazonunda geniş diapazonda fotolüminessensiya effekti müşahidə olunur. Bu cür materiallar silisium dioksidin optik xassələrini və termoplastik polimerin yüksək istismar xassələrini özündə birləşdirməklə tamamilə yeni lüminessent materialların, sensor texnologiyası üçün optik çeviricilərin, mikroçiplərin, biotexnoloji indikatorların və sair alınmasında geniş istifadə oluna bilər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024