BDU alimlərinin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub

16/06/2020

Bakı Dövlət Universitetinin (BDU)  Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, dosent Flora Hacıyeva, müəllim Həbibə Şirinova, dosent İsmət Əhmədov və doktorant Almara Rəhimlinin həmmüəllif olduqları məqalələri Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.

1. M.A.Ramazanov, H.A.Shirinova, F.V.Hajiyeva. “The impact of manufacturing technology, of the polypropylene matrix and iron oxide nanoparticles based magnetodielectric nanocomposites on electrophysical parameters”. Materials Chemistry and Physics, 2020, (IF-2,74)

Məqalədə müxtəlif texnoloji üsullarla alınmış PP+Fe3O4 nanokompozitlərdə alınma texnologiyasından asılı olaraq yüksək tezlikli elektromaqnit dalğalarını udması mexanizmi tədqiq olunub və nanohissəciklərin ölçülərindən, konsentrasiyasından və alınma texnologiyasından asılı olaraq fazalararası təbəqənin qalınlığının dəyişməsi və udulmada rolu araşdırılıb.

2. M.A Ramazanov, AM Rahimli, FV Hajiyeva - Modern Physics Letters B, 2020 “The influence of titanium dioxide (Tio2) nanoparticles on the structure, optical and dielectric properties of polyvinyl chloride (PVC)” Modern Physics Letters2020, (IF- 0,8)

Tədqiqatda PVC+TiO2 nanokompozitlərin alınma texnologiyası, nanohissəciklərin ölçüləri, həcmi miqdarından asılı olaraq lüminsensiya xassələri öyrənilib, optimal konsentrasiya müəyyən edilib, hissəciklərin lüminsensiya spektrlərində baş verən dəyişiliklər tədqiq olunub və optik sensorlar texnikası üçün yeni nəsil nanokompozitlərin alınması və xassələrin optimallaşdırılması yolları müəyyən edilib.

3. Solmaz B.Veliyeva, Ismat S. Ahmadov, Mahammadali A.Ramazanov, Eldar K.Gasimov, Fuad H.Rzayev, “The Migration Study of Nanoparticles from Soil to the Leaves of Plants”Biointerface Research in Applied Chemistry,2020, Vol. 10(5) 6101–6111, (IF- 1,2)

Məqalədə nanohissəciklərin torpaqdan bitkilərin yarpaqlarına miqrasiyası mexanizmi verilib. Müəyyən olunub ki, qızıl və gümüş nanohissəcikləri bitkilərdə kökdən gövdəyə və oradan da yarpaqlara miqrasiya olunur. Nanohissəciklər ölçülərdən və növündən asılı olaraq bitkilərdə müxtəlif cür yayılır, nanohissəciklərin bitkilərə diffuziyasından asılı olaraq onların suya davamlılığı və su udması dəyişə bilir. Nanohissəciklərin bitki toxumlarına diffuziyası onların suyadavamlılığını artıra bilir ki, bu da şoran ərazilərdə məhsuldarlığı artıra bilər.

Məqalələri oxumaq üçün linklərə keçid edə bilərsiniz:

  1. https://doi.org/10.1016/j.matchemphys.2020.123287
  2. https://doi.org/10.1142/S0217984920503108
  3. https://doi.org/10.33263/BRIAC105.61016111

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024