BDU alimlərinin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc olunub

26/10/2020

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin doktorantı Nərgiz Ağayeva, dosenti Çingiz Məmmədov, dosenti İsmət Əhmədov və professoru Nərminə Sadıqovanın həmmüəllif olduğu "Exposure of rainbow trout (Oncorhynchus mykiss) to magnetite (Fe3O4) nanoparticles in simplified food chain: Study on ultrastructural characterization" ("Sadə qida zəncirində maqnetik xüsusiyyətə malik nanohissəciklərin (Fe3O4) əlvan forel balığına təsiri: ultrastruktur xüsusuyyətlərinin öyrənilməsi" adlı məqalə “Web of Science Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu "Saudi Journal of Biological Sciences" (Original article, IF - 2,82) jurnalında dərc olunub.

Məqalədə ultrastruktur səviyyədə Fe3O4 nanohissəciklərinin sadə qida zəncirinin komponentlərindən biri olan əlvan forel (Oncorhynchus mykiss Walbaum, 1792) balığının hüceyrə orqanellərində toplanması və lokalizasiyasının öyrənilməsindən bəhs edilir.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiz.

https://doi.org/10.1016/j.sjbs.2020.09.032


 

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026