BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

21/10/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov və kafedranın baş laborantı Yeganə Məmmədovanın həmmüəllif olduğu One-Step Three-Component Synthesis of Spiro Pyrrolidinones via 1,3-Dipolar Cycloaddition (“1,3-dipolyar tsiklobirləşmə reaksiyası ilə spiropirrolidinonların birmərhələli üçkomponentli sintezi”) adlı məqalə Russian Journal of Organic Chemistry, Vol. 57, 2021, p. 942-949 (İF: 0.723 (2020)) elmi jurnalında dərc edilib.

Məqalədə ilk dəfə olaraq otaq temperaturunda izatin, benzilamin və α, β-doymamış ketonlar arasında üç kom­po­nentli 1,3-dipolyar tsiklobirləşmə reaksiyası aparılaraq yüksək çıxımla əvəz olunmuş spiro[indol-3,2′-pirrolidin] törəmələri sintez edilib. Bəzi hallarda məhsul olaraq yal­nız bir diastereoizomerin formalaşması aşkar olunub. Reaksiyia izatin və ben­zil­amin­dən azometin ilidin in situ meydana gəlməsi şəraitində yerinə yetirilib. Fərqli regio- və stereoizomerlərin əmələ gəlmə ehtimalı PM7 kvant-kimyəvi hesab­la­ma­lar və NMR spektroskopiyası ilə təhlil edilib.

Məqalənin məzmunu ilə jurnalın veb səhifəsində https://link.springer.com/article/10.1134/S1070428021060099 və Scopus bazasındakı https://www.scopus.com/authid/detail.uri?authorId=35613746000 linkində tanış olmaq olar.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026