BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

25/10/2021

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL-in aparıcı elmi işçiləri  İmaməddin Əmiraslanov və Zakir Cahangirlinin həmmüəllifi olduqları “InSe-GaSe sisteminin yeni indium qallium selenidlərinin sintezi və xarakteristikası” (“Synthesis and characterization of new indium gallium selenides of the InSe-GaSe system”) adlı məqalə “Web of Science” və “SCOPUS” bazalarında indekslənən “Journal of Solid State Chemistry” (İF: 3.498) (v. 304, 2021) jurnalında çapa qəbul edilib (https://doi.org/10.1016/j.jssc.2021.122569).

In1-xGaxSe (0£x£1) bərk məhlullarının struktur xüsusiyyətləri Rentgen Difraksiyası (XRD), “Differential Thermal Analysis” (DTA) və Raman spektroskopiyası vasitəsilə tədqiq edilmişdir. In0.7Ga0.3Te fazasında heksaqonal quruluşdan tetragonal quruluşa geri dönən faza keçidinin baş verdiyi müəyyən edilmişdir. Sıxlığın Funksional Nəzəriyyəsindən (DFT) istifadə edərək Pnnm ortorombik InGaSe2 fazası üçün elektron, optik və dinamik xassələr nəzəri hesablanmışdır. Göstərilmişdir ki, InGaSe2 stoxiometrik fazası düz keçidli yarımkeçiricidir və qadağan olunmuş zolağı InSe/GaSe laylarının düzülüş ardıcıllığı ilə tənzimlənə bilər. Optik udma kənarının görünən işıq oblastında yerləşməsi bu birləşmənin fotovoltaik tətbiqlər üçün perspektivli material olduğunu göstərir. InGaSe2-nin hesablanmış fonon spektrinin analizi göstərir ki, optik modlar əsas istilik daşıyıcısı olan akustik modlara çox yaxın yerləşir və akustik modlar aşağı tezlikli optik modlardan güclü surətdə səpilir. Sonuncu hadisə, bu kristalın qəfəs istilik keçiriciliyinin güclü surətdə zəifləməsinə gətirir və həmin maddənin termoelektrik tətbiqləri üçün imkan yaradır.



Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024