BDU alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib

10/08/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və müəllimi Həbibə Şirinovanın həmmüəllif olduqları məqalə Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan “Journal of Elastomers & Plastics” adlı yüksək impakt faktorlu jurnalda dərc olunub. 2020, (IF-1,2)

Fabrication, characterization and optical properties of transparent PP/Yttria stabilizied zirconia (YSZ) based nanocomposites” (PP/Ittrium oksidlə stabilləşmiş sirkonium dioksid (YSZ) əsaslı şəffaf nanokompozitlərin sintezi, tədqiqi və optiki xassələri) adlı məqalədə PP/YSZ əsaslı optik şəffaf polimer nanokompozitlərin alınması ex-situ və istidə pressləmə üsullarının birgə kombinasiyası yolu ilə həyata keçirilib. Sintez olunan nanokompozitlərin quruluşu, optik və fotolüminesent (FL) xassələri tədqiq edilib. Müəyyən edilib ki, YSZ nanohissəciklərinin miqdarı PP matrisində 3%-ə qədər olduqda fotolüminessensiyanın intensivliyi artır, nanohissəciklərin sonrakı artımında isə FL intensivlyinin azalması müşahidə olunur.  ZrO2 nanohissəciklərinin konsentrasiyası artdıqca onların ölçüləri artır, xüsusi səthinin sahəsi isə azalır, bu isə polimer və nanohissəcik arasında kontakt oblastın sahəsinin azalmasına gətirib çıxarır. Fazalararası sərhəddin azalması fazalararası qarşılıqlı təsirlərin azalmasına və FL intensivlyinin dəyişməsinə səbəb olur. Həmçinin termiki işlənmənin PP/YSZ əsaslı polimer nanokompozitlərin fotolüminessensiya xassələrinə təsiri tədqiq edilərək termiki işlənmənin 1200C temperaturuna qədər nanokompozitlərin fotolüminessensiya intensivliyi bütün dalğa uzunluqlarında artması, temperaturun sonrakı artımı zamanı FL intensivlyinin azalması müşahidə olunub. Termiki işlənmənin təsiri ilə FL intensivliyinin artması qadağan olunmuş zonada səviyyələr arasında yükdaşıyıcıların paylanması və ya rekombinasiya mərkəzlərinin təkrar yüklənməsi, həmçinin nanokompozitlərin səthinə adsorbsiya olunan üzvi birləşmələrin ayrılması ilə izah olunub.  Alınmış nanokompozitlər optik sensorların alınmasında istifadə oluna bilər.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1177/0095244320946801



Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024