BDU alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc edilib

15/09/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşları dosent Fərid Nağıyev, dosent Əli Xəlilov və professor İbrahim Məmmədovun həmüməllifləri olduqları “(Z)-2-amino-4-(2,6-dixlorofenil)-5-(1-hidroksietilidene)-6-okso-1-fe­­nil-1,4,5,6-tetrahidropiridin-3-karbonitrilin kristal quruluşu və Hirşfeld səth analizi” ("Crystal structure and Hirshfeld surface analysis of (Z)-2-amino-4-(2,6-dichlorophenyl)-5-(1-hydroxyethylidene)-6-oxo-1-phenyl-1,4,5,6-tetrahydropyridine-3-carbonitrile") adlı məqalə Web of Science və SCOPUS bazalarında indekslənən “Acta Crystallographica Section E - Crystallographic Communications” jurnalında (E77, səhifələr 930-934, 2021) dərc edilib (https://doi.org/10.1107/S2056989021007994).

Təqdim edilən məqalədə (Z)-2-amino-4-(2,6-dixlorofenil)-5-(1-hidroksietilidene)-6-okso-1-fe­­nil-1,4,5,6-tetrahidropiridin-3-karbonitrilin kristal quruluşu və Hirşfeld səth analizi həyata keçirilib. Müəyyən olunub ki, quruluş molekuldaxili O—H×××O rabitələrinin hesabına stabilləşir. Mərkəzi piridin halqası demək olar ki, planar quruluşdadır (maksimum kənara çıxma 0.074 (3) A° təşkil edir). Piridin halqası fenil və dixlorofenil halqaları ilə, müvafiq olaraq, 86.10 (15) və 87.17 (14)0 dihedral bucaqlar əmələ gətirir. Bu aromatik halqalar isə bir-birinə nəzərən fəzada 21.28 (15)0 bucaq altında yerləşir. Strukturda olan C(—OH)CH3 qrupu koplanardır. Kristal qəfəsdə molekullar arası  N—H×××N və C—H×××N, həmçinin, H×××π və C—H×××π qarşılıqlı təsirlərinin hesabına üçölçülü şəbəkə formalaşır.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026