BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

28/07/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin  dekanı professor Məhəmmədəli Ramazanov, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və müəllimi Həbibə Şirinovanın həmmüəllif olduqları məqalə Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan “Journal of Inorganic and Organometallic Polymers and Materials” adlı yüksək impakt faktorlu jurnalda dərc olunub. 2020, (IF-1,94)

“New polymeric three‑phase nanocomposites based on polyvinylidene fluoride, magnetite nanoparticles and multi‑walled carbon nanotubes: production, structure and properties” (“Polivinilidenflüorid, maqnetit nanohissecikləri və çoxlaylı karbon nanoboruları əsasında yeni üç fazalı polimer nanokompozitlər: sintezi, quruluşu və xassələri”) adlı məqalədə dəmir oksidi, çoxlaylı karbon nanoborusu və PVDF polimer matrisa əsasında 2 və 3 fazalı polimer nanokompozit sisteminin alınması işlənib, onun strukturu tədqiq olunub. Məqalədə çoxfazalı nanokompozit strukturlarda elektromaqnit dalğalarının enerjisinin udulması tədqiq edilərək optimal tərkibi müəyyənləşdirilib. Göstərilib ki, yüksək tezliklərdə udulma enerji səpilmələrinin artması ilə əlaqədardır. Bu nanokompozit nümunələrdən elektromaqnit şüalanmadan mühafizə və radiodalğalardan obyektlərin gizlədilməsində uğurla istifadə edilə bilər.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1007/s10904-020-01648-w




Xəbərlər

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə hakim təyin edilən 52 nəfərin 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026