BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

25/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri, professor Rövşən Əliyevin və həmin kafedranın professoru Fəda Rəhimovun həmmüəllifi olduqları  “Markov təsadüfi dolaşmasının parabolik sərhədi ilk dəfə kəsməsi anı haqqında” (“On the first passage time of the parabolic boundary by the Markov random walk”)  adlı məqalə “Web of science” bazasına daxil olan yüksək impakt faktorlu  “Communication in Statistics-Theory and Methods”  jurnalında çap olunub.

Məqalədə  AR(1) avtoreqressiv prosesi ilə təsvir edilən həyəcanlanmış Markov təsadüfi dolaşmasının  parabolik sərhədi ilk dəfə kəsməsi anları ailəsi üçün mərkəzi limit teoremi isbat edilib və bu anlar ailəsinin limit davranışı öyrənilib.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

On the first passage time of the parabolic boundary by the Markov random walk: Communications in Statistics - Theory and Methods: (tandfonline.com)

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026