BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

30/08/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Lalə Qəhrəmanlı, Mustafa Muradov, Qönçə Eyvazova və Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kafedrasının müəllimi Ofeliya Balayevanın “Sonokimyəvi və SİLAR üsulu ilə alınmış CdxZn1-xS nanomateriallarının struktur, optik və elektrik xassələri” (“Structural, Optical, and Electric Properties of CdxZn1-xS Nanomaterials  by Sonochemical and Sılar Methods”) adlı məqaləsi təsir faktoru (impact factor) 3.543 olan “Journal of Inorganic and Organometallic Polymers and Materials” beynəlxalq jurnalında dərc olunub.

Məqalədə ilk dəfə olaraq sonokimyəvi və SİLAR üsulu ilə alınan nanomaterialların dielektrik xassələri alınma üsulundan, tərkibindən, sintez temperaturundan asılı olaraq, eləcə də hər iki üsul ilə alınmış nanokompozitlərin optik və quruluş xassələri müqayisəli şəkildə analiz edilib.  

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:

DOI: 10.1007/s10904-022-02458-y

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026