BDU alimlərinin nanokompozit materialların sintezinə dair tədqiqatları davam edir

20/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Qönçə Eyvazova, Sevinc Məmmədyarova və Nanomaterialların kimyəvi fizikası kafedrasının I kurs doktorantı Məhəmməd Bağır Bağırovun “Buxar fazalı sulfidləşmə prosesi ilə anizotrop AgNWs/PVA/Ag2S nanokompozitlərinin hazırlanması” (“Preparation of anisotropic AgNWs/PVA/Ag2S nanocomposites via a vapor-phase sulfidation process”) adlı məqaləsi Q2 kvartillı “RSC Advances” (IF:3.9) jurnalında dərc olunub.

https://doi.org/10.1039/D4RA01585A

İşdə AgNWs/PVA-nın səthinin H2S qazının təsirinə məruz qoyulması ilə AgNWs/PVA/Ag2S anizotrop nanokompozitləri hazırlanıb. H2S qazının təsiri ilə nümunələrin struktur, morfoloji və optik xassələrində baş verən dəyişikliklər tədqiq edilib. Nanokompozitlərin struktur xassələri rentgen şüalarının difraksiyası (XRD), optik xassələri ultrabənövşəyi-görünən spektrometriya (UV-Vis), səth morfologiyası isə transmision elektron mikroskopiyası (TEM) əsasında öyrənilib. Struktur tədqiqatlarından alınmış nəticələrin təhlili əsasında Ag2S nanohissəciklərinin formalaşması səbəbinin polimer matrisdə paylanmış AgNWs-in bir istiqamətdə sulfidləşməyə məruz qalması ilə əlaqədar olduğu müəyyən edilib. TEM nəticələri göstərib ki, H2S qazının təsir etdiyi istiqamətdə gümüş nanonaqilləri parçalanıb və Ag2S nanoklasterləri əmələ gətirib.  Kompozitin hava ilə təmasda olan tərəfində isə AgNWs öz strukturunu saxlayıb.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026