BDU alimlərinin ABŞ-da kitabı çap edilib

15/01/2014

Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya sahəsində uğurlu elmi tədqiqat işləri aparılır. Bu fundamental elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir sıra nüfuzlu jurnallarında, Tomson Reyter Agentliyinin siyahısına daxil olunan yüksək İmpact Factorlu jurnallarında dərc edilir. Bu işlər inkişaf etmiş ölkələrin nanotexnologiya istiqamətində işləyən elmi tədqiqat institutları ilə beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilir. Təsadüfi deyildir ki, BDU-nun alimlərinin akademik Abel Məhərrəmovun, professor Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxmışdır. (https://www.novapublishers.com/catalog/product_info.php?cPath=23_96&products_id=44669) Kitabın redaktoru Türkiyənin Hacettepe Universitetinin kimya fakültəsinin Polimerlərin tədqiqi və radiyasiyası laboratoriyasının müdiri, professor Olgun Guvendir. Kitab 10 fəsildən ibarətdir. Monoqrafiyada polimer əsaslı nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırmalar verilmişdir. Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.

Mətbuat və informasiya şöbəsi, 15 yanvar 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024