BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb

16/02/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Berlin Humboltd  Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

Müqaviləni BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Berlin Humboldt Universitetinin Erasmus layihə koordinatoru Johann Comolle imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistrant, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək.

Əsası 1810-cu ildə qoyulmuş Berlin Humbolt Universiteti Almaniyanın nüfuzlu universitetlərindən biridir. 35000-dən çox tələbənin təhsil aldığı universitetdə 9 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Berlin Humbolt Universiteti QS WUR reytinqində 128-ci pillədədir.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026