BDU AMEA ilə iki müqavilə imzaladı

09/04/2013

Bu gün Bakı Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya, Fəlsəfə, Sosiologiya və Hüquq institutları arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Əvvəlcə rektor, akademik Abel Məhərrəmov imzalanacaq müqavilələr haqqında məlumat verib. Qeyd edib ki, BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan  bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesində tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması istiqamətində bir sıra addımlar atılıb. AMEA-nın ayrı-ayrı elmi təşkilatları və İnstitutları arasında imzalanan müqavilə və anlaşma memorandumları kimi bu gün imzalanacaq müqavilələr də son dərəcə böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə də  imzalanacaq müqavilələrin faydalı olacağına əminlik ifadə edib.

Müqavilələri rektor, akademik Abel Məhərrəmov və AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə imzalayıblar.

Mətbuat və İnformasiya şöbəsi, 09 aprel 2013-cü il.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026