BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

01/07/2024

Bakı Dövlət Universiteti (BDU) Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) tamhüquqlu üzvü seçilib.

UNICA-nın İsveçin paytaxtı Stokholmda baş tutan Baş Assambleyasında quruma daxil olan üzvlərin sesverməsi ilə BDU quruma tamhüquqlu üzv qəbul edilib.

1990-cı ildə yaradılmış UNICA Avropa paytaxtlarında yerləşən universitetlərin institusional şəbəkəsidir və 40 paytaxtdan nüfuzlu qlobal reytinqlərdə top-1000-də təmsil olunan 53 universitetdən ibarətdir.

UNICA üzvləri arasında ali təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığı genişləndirməyi və gücləndirməyi, akademik nüfuzu yüksəltməyi və akademik icmalar arasında şəbəkələşməni artırmağı hədəfləyir.

Məlumat üçün bildirək ki, BDU UNICA-da ölkəmizi və paytaxtımızı təmsil edən yeganə ali təhsil müəssisəsidir.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026