BDU Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir

28/09/2023

“Times Higher Education” (THE) 2024-cü il üçün dünya universitetlərinin reytinq siyahısını açıqlayıb. 2023-cü ildə də Bakı Dövlət Universiteti Azərbaycanda “Times Higher Education” reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsi oldu.

Məlumat üçün bildirək ki, BDU həm də Azərbaycanda “Times Higher Education Subject Ranking” siyahısında yer alan yeganə universitetdir.

Belə ki, BDU Fiziki elmlər (Fizika, Kimya, Geologiya, Astronomiya, Riyaziyyat və s.) və Mühəndislik elmləri (Kimya mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.

Nüfuzlu “Times Higher Education” təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. THE dünya universitetləri reytinqi universitetlərin tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarları nəzərə alınmaqla həyata keçirilir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024