BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

03/06/2026

Bakı Dövlət Universiteti (BDU) “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan “Central Asia Energy Transition Investment Forum”un ikinci günündə innovativ layihə ilə təmsil olunub.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin (CECECO) təşkilatçılığı ilə xüsusi panel sessiyası keçirilib. Sessiya çərçivəsində BDU-nun doktorantı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (TETYM) əməkdaşı İmran Bayramov “Clean-Charge” EkoEnerji məntəqəsi layihəsi ilə bağlı təqdimat edib.

Təqdimatda bildirilib ki, elektrikli nəqliyyat vasitələrinin sayının artması fonunda hazırlanmış “Clean-Charge” layihəsi enerji təchizatı və ekoloji təmiz enerji istehsalı sahəsində innovativ həll kimi nəzərdə tutulub. Layihə elektrik enerjisinin istehsalında təbii qaz və kömür kimi yanacaqların üstünlük təşkil etməsindən irəli gələn dolayı karbon emissiyalarının azaldılmasına töhfə verməyi hədəfləyir.

Qeyd olunub ki, elektrikli avtomobillər istismar zamanı birbaşa emissiya yaratmasa da, istifadə etdikləri enerjinin mənbəyindən asılı olaraq onların karbon izi bəzi hallarda ənənəvi daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin göstəricilərinə yaxınlaşa bilir. Bu baxımdan “Clean-Charge” layihəsi beynəlxalq standartlara cavab verən AC tipli enerji doldurma infrastrukturu, müasir elektrik sistemləri və ildırımdan mühafizə texnologiyaları ilə təchiz olunmuş təhlükəsiz, etibarlı və dayanıqlı enerji həlli kimi təqdim edilib.

Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, layihənin yaşıl nəqliyyat infrastrukturu və dayanıqlı enerji həlləri sahəsində tətbiq perspektivləri müzakirə olunub.

Forum çərçivəsində BDU nümayəndəsi müxtəlif ölkələrdən olan ekspertlər, tədqiqatçılar və enerji sektoru təmsilçiləri ilə görüşərək universitetin elmi-tədqiqat və innovasiya fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026