BDU Bakı Enerji Həftəsində təmsil olunur

04/06/2025

Bakı Dövlət Universiteti (BDU) özündə üç mötəbər tədbiri - 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u birləşdirən Bakı Enerji Həftəsində təmsil olunur.

Bakı Enerji Həftəsi çərçivəsində təqdim olunan "Smart Energy Hub" adlı xüsusi startap zonasında yerli və xarici ölkələrdən olan 10 startap layihəsi təqdim edilib. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradır.

BDU üçün ayrılmış stenddə Universitet ərazisində qurulan şarj stansiyası və bu stansiyanın funksiyaları nümayiş etdirilib. Bərpaolunan enerji (Günəş və külək enerjisi) hesabına elektromobillərin sürətli şarjını təmin edən stansiyanın elektromobillər üçün CCS2 və GBT standartlarında şarj imkanı təmin edəcəyi qeyd edilib. Universitet ərazisində yerləşən bu stansiya gələcəkdə Universitet tələbələri tərəfindən istifadə olunan elektrikli velosipedlər və skuterlər üçün də yaşıl enerji hesabına şarj imkanı yaradacaq.

Qeyd edək ki, təşkil edildiyi illər ərzində regional və beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşan Bakı Enerji Həftəsi bu il 39 ölkədən 267 şirkəti qəbul edir.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026