BDU “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib

30/06/2026

Bakı Dövlət Universiteti (BDU) Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə “Birinci Türkoloji Qurultayın dərsləri” adlı dərs vəsaiti nəşr edib.

Kitabı BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib və “BDU Nəşr Evi”ndə çap olunub.

Dərs vəsaitində Birinci Türkoloji Qurultayın materialları elmi əsaslarla öyrənilir. Qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılır. Dərs vəsaiti Filologiya, Tarix, Şərqşünaslıq fakültələrinin tələbələri, eləcə də Qurultayın zəngin elmi-mədəni irsi ilə maraqlananlar, tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacaq.

Kitabın ideya müəllifi BDU rektoru Elçin Babayev, elmi redaktoru tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova və filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Məmmədovdur.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026