BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb

10/10/2025

Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universitetinin rektoru Abdelkrim Seghirin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Rektor Elçin Babayev qonağa ölkənin ən böyük və ilk universiteti olan BDU-nun tarixi, tədris və elmi infrastrukturu, beynəlxalq əməkdaşlıqları barədə məlumat verib. Qeyd edib ki, son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Bir sıra ərəb ölkələrinin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, yeni layihələr müzakirə olunub. BDU ölkədə ərəb dili tədrisinin aparıcı mərkəzidir. Tədqiqat potensialı yüksək olan BDU-da son illər yeni mərkəz və elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlayıb. Rektor Ajman Universiteti ilə müxtəlif istiqamətlər üzrə birgə tədqiqatlar aparmaq üçün geniş imkanların olduğunu bildirib.

Ajman Universitetinin rektoru Abdelkrim Seghir BDU ilə əməkdaşlıq imkanlarını yüksək dəyərləndirib, bunun Azərbaycanla BƏƏ arasında elm və təhsil sahəsində əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Görüşdə BDU ilə Ajman Universiteti arasında ortaq tədqiqatların aparılması, birgə laboratoriyanın açılması, ikili diplom proqramının hazırlanması üçün İşçi Qrupun yaradılması, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda BDU ilə Ajman Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026