BDU BMT modeli konfransı keçirilib

15/04/2016

Bakı Dövlət Universitetində BDU BMT modeli konfransı keçirilib. Konfransda BMT-nin iki komitəsi – Beynəlxalq Ədalət Məhkəməsi vəİqtisadi vəSosial Şura simulyasiya edilib. Konfrans gedişində tələbələr problem həll etmə, ingilis dili, kütlə qarşısında çıxış etmə, inandırma kimi bacarıqlarıinkişaf etdirmək şansı qazanıblar. Tədbirdə Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələr maraqlı çıxışlar ediblər. Açılış mərasimində BDU BMT klubunun prezidenti, Hüquq fakültəsi SABAH qrupunun 3-cü kurs tələbəsi Faiq İsazadə, Gənclər və İdman Nazirliyinin “Gənclərlə iş üzrə“ şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf proqramının Strateji Əməkdaşlıq müşaviri Məzahir Əfəndiyev, BDU Hüquq fakцltəsinin Beynəlxalq əlaqələr üzrə dekan müavini Gülnaz Ələsgərova çıxış ediblər. Çıxışlarda Azərbaycan gənclərinin beynəlxalq arenada ölkəmizi təmsil etməyinin əhəmiyyətindən bəhs edilib.

Xatırladaq ki, BMT klubu BDU-da 2015-ci ilin oktyabrından fəaliyyət göstərir.

Mətbuat və informasiya şöbəsi 15 aprel 2016-cı il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026