BDU BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə “THE Impact Ranking”də göstəricilərini yaxşılaşdırıb

12/06/2024

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan “Times Higher Education” agentliyi “THE Impact Ranking” nəticələrini elan edib. Ötən il qlobal miqyasda 1591 ali təhsil müəssisəsinin daxil olduğu reytinq siyahısında bu il 1963 ali təhsil müəssisəsi yer alır.

“THE Impact Ranking” Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.

Bakı Dövlət Universiteti (BDU) cari ildə müvafiq reytinq qiymətləndirməsi üzrə nəticəsini 38,8-dən 53,2-yə yüksəldərək 37% artıma nail olub və 1001-1500 diapazonunda qərarlaşıb. Eləcə də BDU 1-ci məqsəd olan “Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq” (“No Poverty”) üzrə 201-300, 10-cu məqsəd olan “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq” (“Reduced Inequalities”) və 16-cı məqsəd olan “Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq” (“Peace, Justice and Strong Institutions”) üzrə 401-600, 17-ci məqsəd olan “Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək” (“Partnership for Goals”) üzrə isə 601-800 diapazonunda yer alıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025