BDU Daşkənd Beynəlxalq Universiteti ilə əməkdaşlıq edəcək

27/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Daşkənd Beynəlxalq Universitetində olub.

Səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şerzod Xannayev və digər məsul şəxslərlə görüşüblər.

Nümayəndə heyəti BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdirildiyini diqqətə çatdırıb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında beynəlmiləlləşmə, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026