BDU Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı genişləndirir

25/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində olub.

Səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Firuza İkramxanova və digər məsul şəxslərlə görüşüblər.

Nümayəndə heyəti BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, BDU ilə Daşkənd Dövlət Pedaqoji Universiteti arasında iki il əvvəl imzalanan əməkdaşlıq müqaviləsi qarşılıqlı əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıyır.

Görüşdə iki ali təhsil müəssisəsi arasında beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026