BDU "Dayanıqlı Sərgi: Planet üçün İncəsənət və İnnovasiya" adlı tədbirdə təmsil olunub

02/10/2025

Bakı Dövlət Universiteti (BDU) “Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində "Dayanıqlı Sərgi: Planet üçün İncəsənət və İnnovasiya" adlı tədbirdə iki layihə ilə təmsil olunub.

Onlardan biri ““Irrigo” - dayanıqlı kənd təsərrüfatı ekosistemi”, digəri isə "Hydroponics" layihəsidir.

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin mühəndisi Reyhan Mirsultanovanın müəllifi olduğu ““Irrigo - dayanıqli kənd təsərrüfatı ekosistemi" ağıllı texnoloji həllərə əsaslanan yeni nəsil kənd təsərrüfatı modelidir. Bu modelin əsas məqsədi kənd təsərrüfatında suvarma suyu kimi istifadə olunan şirin su miqdarını minimuma endirmək, suvarma suyu olaraq istifadəyə yararsız olan tullantı sularının üzvi çirkləndiricilərdən, duzlardan, ağır metallardan təmizlənməsini, suvarma suyu kimi istifadəsini və sistemdə dövri təmizlənmə hərəkətini təmin edən bir ekosistem yaratmaqdır.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova və elmi işçisi Elvira Təhməzlinin “Hyroponics” layihəsi isə aqrar sahədə fəaliyyət göstərən KOB-ların torpaqsız əkin sistemlərinə keçidini dəstəkləyən startap layihəsidir. Layihə kənd təsərrüfatında resurslardan səmərəli istifadə, davamlı istehsal metodlarının tətbiqi və innovativ texnologiyaların yayılmasına xidmət edir. Bu təşəbbüs iqlim dəyişikliyi ilə mübarizədə və yaşıl iqtisadiyyata keçiddə mühüm töhfə verməyi hədəfləyir.

BDU-nun "Irrigo - dayanıqli kənd təsərrufatı ekosistemi" layihəsi tədbirdə ən yaxşı layihə kimi seçilən 6 layihədən biri olub. Layihəni təqdim edən komanda üzvləri sərgidə fəal iştiraklarına, davamlı inkişafın və dəyişikliklərin təşviqinə öz istedad və ideyaları ilə töhfə verdiklərinə görə sertifikata layiq görülüblər.

 

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”  

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
29/04/2026

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim
29/04/2026

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib
29/04/2026