BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

10/12/2024

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən dərc edilən və yüksək akademik standartlara malik universitetlərin fənn reytinqində yer alıb. Belə ki, BDU “QS Subject Rankings 2024” çərçivəsində neft və qaz sahəsində ixtisaslar üzrə dünyanın ən yaxşı 150 universiteti sırasına daxil olub.

Qeyd edək ki, “QS Subject Rankings” reytinqi hazırlanarkən akademik reputasiya (akademik dairələrdə universitetin tanınması və nüfuzu), işəgötürənlər arasında reputasiya (məzunların işə qəbul edilməsi üzrə şirkət və təşkilatların rəyi), bir elmi nəşrə görə sitatların sayı (elmi tədqiqatların təsir gücünü əks etdirən göstərici), Hirş indeksi (elmi məhsuldarlıq və tədqiqatların sitatlandırma səviyyəsi), beynəlxalq elmi əməkdaşlıq indeksi (universitetin qlobal elmi əməkdaşlıq səviyyəsini əks etdirir) əsas götürülür.

BDU-nun bu uğuru Universitetin Strateji İnkişaf Planı çərçivəsində həyata keçirdiyi davamlı islahatların, elmi potensialın artırılmasının və beynəlxalq əlaqələrin genişləndirilməsinin nəticəsidir.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026