BDU dosentinin “Bəxtiyar Vahabzadə əsərlərində poetik vasitələr” adlı monoqrafiyası nəşr olunub

25/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti Şəlalə Abasovanın “Bəxtiyar Vahabzadə əsərlərində poetik vasitələr” adlı yeni monoqrafiyası nəşr olunub.

Nəşrdə Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, ictimai-sosial mövzulara yanaşması və əsərlərində istifadə etdiyi poetik vasitələr elmi şəkildə təhlil olunur. Monoqrafiyada şairin fəlsəfi poemalarında və müstəqillik illərində qələmə aldığı şeirlərində cəmiyyətin həyatında baş verən proseslərə, mənəvi və sosial dəyişikliklərə münasibəti, ədalətsizliklərə qarşı vətəndaş mövqeyi xüsusi araşdırma obyektinə çevrilib.

Monoqrafiya elmi işçilər, tədqiqatçılar, müəllimlər, tələbələr, natiqlik sənəti ilə maraqlananlar və geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026