BDU Dövlət Vergi Xidməti ilə əməkdaşlığı genişləndirir

03/03/2022

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Xidmətin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovla görüşüb.

Görüşdə BDU ilə DVX arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə dair hazırlanmış Tədbirlər Planı çərçivəsində BDU-da vergi hüququ ixtisası üzrə kadr hazırlığı, Vergi Hüququ Klinikasının yaradılması, istehsalat təcrübəsinin təşkili, tələbələrin DVX orqanlarında karyera proqramlarına cəlb olunması ilə bağlı məsələlər müzakirə olunub.
BDU-nun rektoru Elçin Babayev DVX ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. Qeyd edib ki, həm dövlət, həm də özəl sektorda vergi hüququ  və vergi vəkilliyi üzrə mütəxəssislərə böyük ehtiyac var. BDU-nun Hüquq fakültəsində bu ixtisasların yaradılması və kadrların hazırlanmasının vergi orqanlarının kadr təminatına böyük töhfə olacağını bildirib.

DVX-nin İnsan Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova təmsil etdiyi qurumun kadr siyasətinin təkmilləşdirildiyini, bunun üçün BDU ilə əlaqələrə böyük önəm verildiyini qeyd edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində BDU-da “Karyera günləri”nin, tələbələr üçün “Yay məktəbi”nin təşkili, təlimlərin keçirilməsi nəzərdə tutulur.

DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov vurğulayıb ki, vergi sisteminin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafına, bu istiqamətdə dövlət, biznes subyektləri üçün faydalı olan müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. BDU ilə sıx münasibətlərin qurulması da məhz bu işə xidmət edir.

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026