BDU EIFL.net beynəlxalq konsorsiumunun Baş Assambleyasında təmsil olunub

11/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (EIFL.net) Baş Assambleyasında təmsil olunub. Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova iştirak edib.

EIFL.net Beynəlxalq Konsorsiumu Afrika, Asiya və Avropanın 54 ölkəsində 3000 kitabxananı özündə birləşdirir. Bütün tərəfdaş ölkələri bir araya gətirən Baş Assambleya EIFL-ın ildə bir dəfə keçirilən əsas toplantısıdır. Tədbirin əsas məqsədi üzv olan ölkə konsorsiumları və aparıcı nəşriyyatlarının peşəkar mütəxəssisləri ilə bilik və bacarıqları paylaşmaq, informasiya çeşidini artırmaq, maarifləndirməni genişləndirmək, inkişaf etməkdə olan və keçid dövrü yaşayan ölkələrdə cəmiyyət üzvlərinin elmi elektron informasiyadan istifadəsini təmin etməkdir.

Baş Assambleyada 42 xarici ölkə və 15 beynəlxalq nəşriyyatın nümayəndələri iştirak edib. Tədbirin ilk günündə EIFL.net-in direktoru Rima Kuprute 2024-cü ildə görülən işlərə dair hesabat verib, gələn il üçün nəzərdə tutulan yeniliklərdən söz açıb. Sonra koordinatorlar İrina Kuçma “EIFL - Açıq giriş”, Teresa Haket “Müəllif hüquqları”, Brit-Mariya Vaydberq “EIFL-Hüquqi sənədlər” proqramları üzrə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Akademik kitabxanalarda tədqiqatlara dəstək üzrə təcrübənin öyrənilməsi, universitet kitabxanalarında konsorsiumlar vasitəsilə bilik mübadiləsi mövzularına həsr olunmuş tədbirin ikinci günündə 42 ölkə üzrə konsorsium rəhbəri və koordinatorların, o cümlədən BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri,  Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri Cəmilə Yusifovanın təqdimatı dinlənilib.

Tədbirin son günündə EIFL.net-in İdarə Heyətinin sədri Emilya Banyonitinin moderatorluğu ilə “Nümunəvi konsorsiumlar necə idarə olunur?” mövzusunda təqdimatlar olub.
Tədbir müddətində nüfuzlu beynəlxalq nəşriyyat və aqreqatorların (EBSCO, “Sage”, “Cambridge University Press”, “Oxford University Press”, “Brill”, JSTOR və s.) təmsilçiləri ilə canlı görüşlər keçirilib, abunəlik və lisenziyalaşdırma üzrə danışıqlar aparılıb.

Qeyd edək ki, BDU-nun Elmi Kitabxanasında fəaliyyət göstərən Az.KİK 2003-cü ildən EIFL.net-in üzvüdür. Elmi Kitabxana Baş Assambleyada iştirakla yalnız BDU-nu deyil, eyni zamanda Az.KİK-ə üzv olan akademik kitabxanaları təmsil edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024