BDU Elmi Kitabxanası məlumat bazalarından uzaq məsafədən istifadə imkanı təqdim edir

08/01/2024

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tədqiqatçıları üçün EBSCOHost platformasının 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir. Qış imtahan sessiyası dövründə elmi araşdırmalar üçün bu məlumat bazalarına əlçatanlıq 07.01.2024-cü il tarixindən 29.02.2024-cü il tarixinədək yalnız universitet daxilindən deyil, istənilən yerdən mümkün olacaq.

Məlumat bazalarından uzaq məsafədən istifadə üçün universitetin rəsmi səhifəsində

http://elibrary.bsu.edu.az/ → Tammətnli məlumat bazaları → EBSCO keçidini seçib   

User ID: bsu2024

Password:  Library@2024

daxil etmək kifayətdir. Və ya https://search.ebscohost.com linkinə keçid edib qeyd olunan user və password daxil etmək lazımdır.

İstənilən məsafədən əlçatanlığı təmin olunan məlumat bazaları aşağıdakılardır:

1. Academic Search Premier – Tammətnli multidisiplinar məlumat bazasıdır, biologiya, biotexnologiya, bioinformatika, coğrafiya, geologiya, fizika, riyaziyyat, mexanika, informasiya texnologiyaları, tarix, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, idarəetmə, dilçilik, fəlsəfə, psixologiya, dünya ədəbiyyatı, regionşünaslıq kimi yüzlərlə bilik sahəsini əhatə edir. Kolleksiyaya daxil olan 2000-dən çox tammətnli jurnaldan 1700-ü “Web of Science” və “Scopus” məlumat bazalarında indeksləşdirilir.   

2. Business Source Premier – Tammətnli ixtisaslaşdırılmış məlumat bazasıdır, bura iqtisadiyyat, biznes, menecment, maliyyə, mühasibatlıq, innovativ sahibkarlıq sahəsinə dair  jurnallar, monoqrafiyalar, konfrans topluları, hökumət sənədləri, analitik hesabatlar, maliyyə icmalları və videomateriallar daxildir.

3. MasterFile Premier – Tammətnli multidisiplinar məlumat bazasıdır, sosial sfera, biznesin inkişafı, səhiyyə, təhsil və mədəniyyətə dair monoqrafiya, ensiklopedik nəşrlər, ilkin mənbələr, fotoşəkillər, xəritələr və s. özündə ehtiva edir.    

4. Newspaper Source və Regional Business News – Qəzetlər, almanaxlar və tammətnli xəbər nəşrlərinin məlumat bazasıdır.   

5. MEDLINE – Tibb və biologiya sahəsinə aid yüzlərlə elmi jurnalın məqalələrinin xülasəsini, fundamental və klinik tibbin bütün aspektlərini: mamalıq, kardiologiya və stomatologiya, cərrahiyyə və s. mövzulara dair elmi məqalələri özündə əks etdirən biblioqrafik məlumat bazasıdır.   

6.  Health Source: Nursing/Academic Edition – Tibb və tibbi mövzular, o cümlədən psixi sağlamlıq, reanimasiya, tibbi hüquq və s. haqqında mövzu göstəricilərini, xülasələri və tammətnli məqalələri ehtiva edən məlumat bazasıdır.   

7.  Health Source: Consumer Edition – Jurnalların, soraq nəşrlərinin, tibb və sağlamlıq lüğətlərinin (Amerika Fitness Better Nutrition, Fit Pregnancy, Harvard Health Letter, Muscle&Fitness, Vegetarian Times kimi populyar mənbələr də daxil olmaqla) tammətnli məlumat bazasıdır.

8. ERIC (Education Resources Information Center) – Təhsil sahəsinə dair jurnallar, kitablar, konfrans materialları, elmi işlər, təhsil proqramları və direktiv sənədləri əhatə edən tammətnli məlumat bazasıdır.   

9. Library, Information Science & Technology Abstracts (LISTA) – Kitabxana işi, bibliometriya, kataloqlaşdırma, təsnifat, elektron kitabxanalar, informasiya massivlərinin emalı və digər əlaqəli mövzular üzrə referativ məlumat bazasıdır.   

10. GreenFILE - İnsanın ətraf mühitə təsirinin bütün aspektlərini əhatə edən bu kolleksiyaya iqlim dəyişikliyi məsələləri, kənd təsərrüfatının davamlı inkişafı, bərpa olunan enerji mənbələri, tullantıların emalı və s. mövzular üzrə materiallar daxildir. GreenFİLE məlumat bazası 1,1 milyondan çox məqalə üçün indeksləşdirilmiş xülasələri özündə ehtiva edir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024