BDU Elmi Kitabxanası “Necə nəşr etməli?” mövzusunda silsilə vebinarlara başlayıb

25/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda silsilə vebinarlar keçiriləcək. Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinarlar may ayından başlayaraq sentyabradək ayda bir dəfə olmaqla təşkil ediləcək. Vebinarlar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorların iştirakı ilə aparılacaq. İlk vebinar mayın 24-də “Təsvirin tamlığı” (“İmage İntegrity”) mövzusunda keçirilib.

Vebinarlarda iştirak üçün: https://sagepub.zoom.us/webinar/register/5016844209655/WN_cqUTaNMfTBC9_ZwsRHvmDw#/registration linkindən qeydiyyatdan keçmək lazımdır.

Vebinar iştirakçılarına sonda “Sage“ nəşriyyatı tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, 2022-ci ildə də “Sage“ nəşriyyatı tərəfindən məqalə nəşrinin müxtəlif aspektlərinə dair silsilə vebinarlar keçirilib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026