BDU Elmi Kitabxanasından növbəti kitab bağışlama aksiyası

06/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) 572 nüsxə ədəbiyyat hədiyyə edib. Kitabxananın mübadilə-ehtiyat fondundan Nərimanov rayon MKS-in filiallarında daha çox ehtiyac duyulan elmi, bədii, tədris ədəbiyyatı seçilərək təhvil verilib. Hədiyyə olunan ədəbiyyatların içərisində BDU-nun mətbəəsində çap olunan “Bakı Universitetinin Xəbərləri” jurnalının son illərdəki buraxılışları, ayrı-ayrı fakültələrin keçirdiyi konfransların materialları, həmçinin Universitetin professor-müəllim heyətinin müəllifi olduğu dərslik və dərs vəsaitləri də yer alıb.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026