BDU Elmi Kitabxanasının əməkdaşları FHN-in Akademiyasının Kitabxanasında

14/02/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Kitabxanasında olublar. BDU-dan olan nümayəndə heyətini FHN-in Akademiyasının rəisi, general-mayor Baba Salayev qəbul edib. O, Akademiyanın və onun kitabxanasının yaranması, fəaliyyəti, elekton resursları, beynəlxalq əməkdaşlığı haqqında məlumat verib.

Akademiyanın Ümumi Kitabxanasının rəisi Şəlalə Həziyeva ilə görüşdə gələcəkdə Akademiyanın Kitabxanasının BDU Elmi Kitabxanası ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdən sonra Heydər Əliyev mərkəzi, Akademiyanın muzeyi və kitabxanaya ekskursiya olunub.

BDU Elmi Kitabxanası 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə FHN-in Akademiyasının Kitabxanasına 185 adda 400 nüsxə elmi, bədii və tədris ədəbiyyatı hədiyyə edib.

Hədiyyə olunan nəşrlər içərisində BDU-nun "Nəşr Evi"ndə çap olunan, müxtəlif elm sahələrinə dair BDU alimlərinin müəllifi olduqları fundamental dərslik, dərs vəsaiti və monoqrafiyalar da yer alıb.

Respublika ali təhsil müəssisələrinin kitabxanalarının metodiki mərkəzi statusunu daşıyan BDU-nun Elmi Kitabxanası artıq ənənəyə çevrilmiş kitabbağışlama aksiyasını davam etdirir.

Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026