BDU Elmi Kitabxanasının oxucuları üçün “Emerald” beynəlxalq nəşriyyatının elektron resurslarından ödənişsiz onlayn istifadə imkanı

30/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Universitetin professor-müəllim heyəti, gənc tədqiqatçıları və bütün oxucularına “Emerald” beynəlxalq nəşriyyatının elektron resurslarından 31.03.2023-cü il tarixindən etibarən bir ay sınaq müddətində ödənişsiz onlayn istifadə imkanı təqdim edir.

Oxucular 150-dən çox ölkənin tanınmış alimlərinin müəllifi olduğu 3300 elektron kitab və 300-ə yaxın elektron jurnaldan yararlana biləcəklər. Kitab və jurnal kolleksiyaları siyasət, kriminologiya, sosiologiya, sosial media, təhsil, kitabxana işi, mühəndislik, maliyyə, menecment, marketinq və digər sahələri əhatə edir.

Sınaq müddətində “Emerald” nəşriyyatın resurslarına https://www.emerald.com/insight/ linki vasitəsilə və ya http://elibrary.bsu.edu.az/ səhifəsində tammətnli məlumat bazaları rubrikasından daxil olmaq mümkündür.

İstifadəyə kömək məqsədilə təlimat və videolar üçün user support. linkindən yararlanmaq olar.

Xəbərlər

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/04/2025

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub
18/04/2025

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”
18/04/2025