BDU Elmi Kitabxanasının təşkilatçılığı ilə silsilə vebinarlar keçiriləcək: “EBSCO platformasında axtarış”

07/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində “EBSCO platformasında axtarış” mövzusunda silsilə vebinarlar keçiriləcək. Noyabr ayında müxtəlif tarixlərdə rus dilində keçiriləcək vebinarlar EBSCO nəşriyyatının təlim mütəxəssisi İrina Serjanın iştirakı ilə təqdim olunacaq.

Vebinarların “Academic Search Premier nümunəsi əsasında multidisiplinar məlumat bazalarında elmi informasiya axtarışı” (9 noyabr), “Təşkilatınızda elektron resursları necə tanıtmaq olar?” (10 noyabr), “Medline - tibb üzrə elmi informasiyanın axtarışı” (13 noyabr), “EBSCOhost alətləri” (14 noyabr), “EBSCO - elektron kitabların yüklənməsi” (15 noyabr), “EBSCO connect və mobil tətbiqlər haqqında” (16 noyabr), “Beynəlxalq səviyyəli məqalələrin hazırlanmasında EBSCO-nun elektron resurslarının əhəmiyyəti” (20 noyabr), “EBSCO Discovery Service və Google Scholar – axtarış imkanlarının müqayisəsi. Elmi nəşrin hazırlanmasında EBSCO Discovery Service-dən istifadənin üstünlüyü” (21 noyabr) mövzularında keçirilməsi nəzərdə tutulub.

Vebinarda iştirak etmək üçün https://more.ebsco.com/RU-EBSCO-Training-Portal.html linkində qeydiyyatdan keçmək lazımdır.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026