BDU Elmi Şuranın növbəti iclası keçirildi

18/03/2010

Martın 18-də BDU Elmi Şurasının növbəti iclası keçirildi. AMEA-nın Rəyasət Heyətinin, elmi şura üzvlərinin, tanınmış alimlərin iştirak etdiyi və 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş iclası universitetin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov açdı.

Gündəlik:

1. 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı.

2. «Neft sənayesində nanotexnologiya: fundamental elmi araşdırmalar, ixtira və tətbiq» mövzusunda işin Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim edilməsi;

(Namizədlər: A.X.Mirzəcanzadə, A.M.Məhərrəmov, R.İ.Abdullayev, X.B.Yusifzadə, E.Q.Şahbazov, R.Ə.Qurbanov, S.F.Əhmədov, M.Ə.Ramazanov, Ş.Ş.Şəfiyev, E.A.Kazımov)

3. Əlavə Təhsil Mərkəzinin yaradılması;

 

Rektor, akademik Abel Məhərrəmov Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialının gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu diqqətə çatdırdı. Akademik Abel Məhərrəmov 2009-cu il noyabrın 2-də universitetin 90 illik yubileyinin keçirilməsini, Prezident İlham Əliyevin sərəncamı ilə 107 nəfər professor-müəllim heyətinə orden və medalların, fəxri adların verilməsinin çox böyük rəğbət hissi ilə qarşılandığını qeyd etdi. Eyni zamanda ötən ildə yerinə yetirilmiş elmi tədqiqat işləri istiqamətində də uğurlu nəticələrin əldə edilməsini önə çəkərək bu haqda daha ətraflı məlumat vermək üçün sözü elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevə verdi.

Bakı Dövlət Universitetinin 16 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparıldığını bildirən professor İsmayıl Əliyev professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 82 monoqrafiya, 64 kitab, 73 dərslik, 86 dərs vəsaiti, 2732 məqalə, o cümlədən 2081 məqalənin respublikada, 651 məqalənin xaricdə, 1874 tezis, o cümlədən 769 tezisin respublikada, 1105 tezisin xaricdə, 101 metodik göstərişin, 377 proqramın nəşr edildiyini xüsusi vurğuladı. Qeyd etdi ki, xaricdə nəşr olunmuş 651 məqalənin 380-ı təbiət elmləri, 271-i isə humanitar elmlər üzrədir. Məqalələrin 103-ü, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 15,8%-i, A, B və C-kateqoriyaları jurnallarda çap olunmuşdur: A kateqoriyalı jurnallarda 12 məqalə, B kateqoriyalı jurnallarda 10 məqalə, C-kateqoriyalı jurnallarda 81 məqalə. A və B-kateqoriyalı jurnallarda çap olunmuş məqalələr fizika, riyaziyyat, kimya, coğrafiya, tarix və şərqşünaslıq sahələrini, C-kateqoriyalı jurnallarda nəşr olunmuş məqalələr isə kimya, biologiya, fizika, riyaziyyat və tətbiqi riyaziyyat sahələrini əhatə edir. BDU əməkdaşları tərəfindən 12 ixtiraya müsbət rəy və 8 patent alınmışdır.  Hesabat ilində universitetin əməkdaşlarının 30 ölkədə keçirilmiş bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etdiyini AMEA Rəyasət Heyətinin və Şura üzvlərinin diqqətinə çatdıran professor İs

mayıl Əliyev həmçinin universitetdaxili 50+50 qrant proqramından, 32 beynəlxalq və respublikadaxili qrant proqramında iştirakdan da bəhs etdi. 2009-cu ildə Bakı Dövlət Universitetində 29 elmi konfrans keçirilmiş, universitetin tələbələri respublikamizda keçirilən olimpiadalarda uğurla iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşlər.

2005-2007-ci illərdə Avropa Birliyi, BDU, AzRENA, IMC (Almaniya) tərəfindən yaradılmış Elektron Tədris Mərkəzi haqqında də məlumat verən professor Mərkəzdə Azərbaycanda ilk dəfə tyutor məzunlarının, tədris fənlərinin multimedia kurslarının hazırlanması işlərini xüsusi qeyd etdi.

Prorektor, professor İsmayıl Əliyev, eyni zamanda, universitetin internet saytı, Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi (BETİ), beynəlxalq əlaqələrin genişlənməsi və inkişafı istiqamətində görülən işlər haqqında məlumat verdi.

Sonda «İlin alimi», «İlin fakültəsi», «İlin kafedrası», «İlin laboratoriyası» elan olundu. Beləliklə Coğrafiya, Kitaxanaçılıq və informasiya fakültələri «İlin fakültəsi», «İnkişaf» Respublika ETM və Metalkompleks katalizatorları ETL «İlin laboratoriyası», Yüksək molekullu birləşmələr və Gömrük işinin təşkili və idarəedilməsi kafedrası «İlin kafedrası», Beynəlxalq münasibətlər kafedrasının müdri, professor Ağalar Abbasbəyli, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, dosent Məhəmmədəli Ramazanov isə «İlin alimi» adına layiq görüldülər. 2009-cu təqvim ilində elmi uğurlarına görə isə Botanika kafedrasının müdiri, professor Elşad Qurbanov, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professoru Cəmil Həsənli «Fəxri fərman»la təltif olundular. Qaliblərə kompyuter və pul mükafatları təqdim edildi.

Mətbuat xidməti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024