BDU Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası: SLAYD+FOTO

05/04/2017

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasdan öncə BDU ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və Astrofizika kafedrasının Rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb. AMEA-nın Rəyasət Heyəti üzvləri, rektorlar, BDU Elmi Şurasının üzvlərinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elm və təhsilinin inkişafı, elmi kadrların hazırlanması və elmi potensialın gücləndirilməsinin vacib məsələlərdən olduğunu bildirən rektor, bu sahənin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən prezident İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Rektor bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Bildirib ki, dövlət tərəfindən göstərilən qayğı elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində BDU 2016-cı ildə də “QS World University Rankings”, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP), beynəlxaq RUR, MDB-yə üzv ölkələrin və Şərqi Avropa-Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin universitetləri üzrə reytinq siyahısına daxil edilib.

İclasda 2016-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadənin hesabatı dinlənilib. Prorektorun çıxışından məlum olub ki, universitetinin 17 fakültəsinin 123 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ötən il təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 185 mövzu üzrə 1060 elmi iş yerinə yetirilib.

Prorektor prezident İlham Əliyevin sərəncamı ilə Biologiya fakültəsinin dissertantı və ingilis bölməsinin müəllimi Aygün İsrayılovanın “Gənclər üçün Prezident mükafat”ı aldığını, BDU-nun “Scopus” və "Elmin inkişafına görə" ən yüksək beynəlxalq mükafatlara layiq görüldüyünü də diqqətə çatdırıb. O da məlum olub ki, universitetdə fəaliyyət göstərənDissertasiya Şuralarında108 nəfər elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib, professor-müəllim heyəti və əməkdaşlar tərəfindən respublikada və xaricdə 113 monoqrafiya və kitab, 189 dərslik və dərs vəsaiti, 2792 məqalə nəşr etdirilib. Xaricdə nəşr olunmuş 885 məqalədən 344-ü, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 39 %-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən və inpakt faktorlu jurnallarda nəşr olunub. BDU alimlərinin indekslənən jurnallarda çap olunmuş məqalələri respublika üzrə çap olunmuuş məqalələrin 40%-ə qədərini təşkil edir.

2016-cı ildə BDU alimlərinin xarici ölkə nəşriyyatlarında 15 kitab və monoqrafiyanın nəşr olunduğunu bildirən prorektor bu kitabların kimya, mexanika-riyaziyyat, ekologiya və törpaqşünaslıq, biologiya, coğrafiya, tarix, filologiya, hüquq, jurnalistika, fakültələrinin əməkdaşları tərəfindən yazıldığını diqqətə çatdırıb. Prorektor BDU-nun və Qazax filialının Elmi kitabxanaları, «Gənc istedadlar» liseyi, universitetdaxili “50+50” qrant proqramı, respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 22 elmi təşkilat və ali təhsil müəssisəsi ilə imzalanan anlaşma memorandumları və əməkdaşlıq müqavilələri haqqlnda da məlumat verib.

Elmi Şuranın sonunda 2016-cı ilin nəticələrinə əsasən elmi nailiyyətləri ilə fərqələn fakültə, kafedra və əməkdaşlara mükafatlar  təqdim edilib.

2016-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı

Mətbuat və informasiya şöbəsi, 5 aprel 2017-ci il.


Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024