BDU Elmi Şurasının 2022/2023-cü tədris ilində son iclası

11/07/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2022/2023-cü tədris ilində son iclası keçirilib.

Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov iclasda 2022/2023-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 83, keyfiyyət göstəricisi isə 39 faiz olub.

Apelyasiya Komissiyasının sədri Elşad Qurbanov sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması barədə məlumat verib.

Yaz imtahan sessiyasının nəticələri Elmi Şura üzvləri tərəfindən məqbul hesab edilib.

Daha sonra BDU-nun Antiplagiat Komissiyasının rəhbəri Kəmalə Alışevanın və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevin hesabatları dinlənilib.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026