BDU Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası

10/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2024/2025-ci tədris ilində son iclası keçirilib.

Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov iclasda 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. Bildirilib ki, sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. İmtahanlarda müvəffəqiyyət və keyfiyyət göstəriciləri əvvəlki ilə nisbətən artıb.

Apelyasiya Komissiyasının sədri Elşad Qurbanov sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması barədə məlumat, Antiplagiat Komissiyasının sədri Kəmalə Alışeva 2024/2025-ci tədris ili üzrə hesabat verib.

İclasda BDU və Amerikanın Biznes İnnovasiyası və Davamlılıq Universiteti (UBIS) arasında “Beynəlxalq əlaqələr” ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramının II buraxılış məzunu Reyhan Məhərrəmovaya, BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında “Kompüter elmləri” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının III buraxılış məzunları İsmayıl Zeynalov, Şəfa Haqverdiyeva və Lalə Əkbərovaya diplomlar təqdim olunub.

Daha sonra cari məsələlərə baxılıb.

 

Xəbərlər

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə
16/08/2025

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş
15/08/2025

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
14/08/2025