BDU Elmi Şurasının növbəti iclası

13/02/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub. BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Apellyasiya Komissiyasının sədri Elşad Qurbanov  sessiyanın nəticələri ilə bağlı məruzə ediblər. Qeyd olunub ki, qış imtahan sessiyasında ümumilikdə 22 mindən artıq təhsilalan iştirak edib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Sessiyada müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsində 75, magistraturada 92, SABAH qruplarında 95 faiz olub.

Qış imtahan sessiyasının nəticələri Elmi Şura üzvləri tərəfindən məqbul hesab edilib.

İclasda beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahovun BDU-nun 2024-cü ildə beynəlxalq əlaqələrinə dair məruzəsi dinlənilib.

Daha sonra BDU-nun Kimya və Tarix  fakültələrinin 2024-cü ildə fəaliyyəti haqqında illik hesabatları təqdim olunub.

İclasın sonunda cari məsələlərə baxılıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025