BDU Elmi Şurasının növbəti iclası

30/11/2022

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib. BDU rektoru Elçin Babayev gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

İclasda dərslik, dərs vəsaiti, fənn proqramları və sillabusların vəziyyəti, BDU-nun institusional akkreditasiyanın keçirilməsi ilə əlaqədar işlərin gedişi müzakirə edilib. Qeyd olunub ki, təhsil müəssisəsinin institusional akkreditasiyası 30 meyar, 271 indikator üzrə aparılacaq. Hər indikator 3 balla qiymətləndiriləcək. Elmi Şuranın qərarına əsasən, BDU-da İnstitusional akkreditasiya üzrə təşkilat komissiyası və 7 istiqamət üzrə (strateji inkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi tədqiqatlar, idarəetmə, beynəlmiləlləşmə və infrastruktur) işçi qruplar yaradılıb.

İclasda həmçinin BDU-nun məqsədli təqaüdləri haqqında Əsasnamə qəbul olunub.

Daha sonra cari məsələlərə baxılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru
19/06/2026

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub
19/06/2026