BDU Elmi Şurasının növbəti iclası keçirilib

23/04/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda BDU-nun 2020-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinin hesabatı dinlənilib. Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işləri, müxtəlif elmi istiqamətlər üzrə aparılmış fundamental və tətbiqi xarakterli tədqiqatlar haqqında məlumat verib.
Hesabatda Universitet fakültələrinin və elmi-tədqiqat institut, mərkəz və laboratoriyalarının strukturu, kadrların elmi potensialı, əməkdaşların elmi nəşrləri və elmi tədbirlərdə iştirakı, elmi-tədqiqat işlərinin səmərəliliyi, elmi tədqiqatların nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi, qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri və s. barədə ətraflı məlumat verilib.
Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026