BDU Elmi Şurasının onlayn iclası keçirilib

14/07/2020

İyulun 14-də Bakı Dövlət Universitetində 2019/2020-ci tədris ilində Elmi Şuranın son iclası keçirilib.

İclası giriş sözü ilə açan rektor Elçin Babayev gündəlikdə olan məsələləri nəzərə çatdıraraq iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhdini Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar və işğalçı siyasətinin nəticəsi kimi qiymətləndirib. Şəhid olan Azərbaycan silahlı qüvvələrinin 11 hərbiçisi və 1 mülki vətəndaşın vəfatını ürəkağrısı ilə qeyd edib. Həlak olanların əziz xatirəsi Elmi Şura üzvləri tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri haqqında məruzə ilə çıxış edib. O qeyd edib ki, məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahan verib, BDU-nun Qazax filialında isə imtahanlarda 1223 nəfər tələbə iştirak edib. Sessiya ərzində filialda ümumi olaraq 333 imtahan keçirilib. 4340 tələbə ÜOMG-yə uyğun qiymətləndirilib, 508 nəfər tələbə buraxılış işini müdafiə edib.

Apellyasiya Komissiyasının sədri Elşad Qurbanov komissiyanın fəaliyyəti haqqında hesabat verib. Qeyd edib ki, tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə Apellyasiya Komissiyası onlayn fəaliyyət göstərib. Sessiya müddətində komissiyanın qaynar xəttinə 153 müracirət daxil olub, onların əksəriyyəti tələbələrin xeyrinə həll edilib.

Rektor 2020-ci ilin ilk yarım ili ərzindəki Universitetin əldə etdiyi əsas elmi nailiyyətlər, Tələbə Nəzarət Qrupunun sessiya dövründə fəaliyyəti, karantin müddətində həyata keçirilən sosial tədbirlər, onlayn konfrans, ustad dərsləri, elmi seminarlar, karantin dövründə Mədəniyyət-yaradıcılıq Mərkəzi və Psixoloji Yardım Sektorunun fəaliyyəti, əməkdaşların virtual elmi tədbirlərdə iştirakı, doktorant və dissertantlarının attestasiyası, “Gənc İstedadlar” liseyinə qəbul haqqında ətraflı məlumat verib.

İclasda növbəti tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.

E.Babayev onlayn dərs və imtahanların təşkil edilməsi və idarə olunmasında fəal iştirak edən sturktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə rəhbərlik adından təşəkkür edib.

Elmi Şura cari məsələrin müzakirəsi ilə yekunlaşıb.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024