BDU “Erasmus+ DIRNA” layihəsinin ilk görüşündə iştirak edib

11/10/2023

 

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Avropa İttifaqının “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihəsinin Xəzər Universitetində keçirilən ilk idarəedici görüşündə iştirak edib.

Üç il davam edəcək layihənin məqsədi tərəfdaş ölkələrin – Türkiyə, İtaliya və Finlandiyanın təcrübəsi əsasında Azərbaycanın layihədə iştirak edən ali təhsil müəssisələrində hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması və tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasıdır.

Tədbirin rəsmi açılış hissəsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, universitetin rektoru İradə Xəlilova və Azərbaycan Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov çıxış ediblər. Avropa Komissiyasının layihə koordinatoru Rosalba Nardelli görüşə onlayn qoşulub və tərəfdaş universitetlərə uğurlar diləyib.

Görüşdə layihənin qalibi olan tərəfdaş universitetlərin - Bakı Dövlət Universiteti, Jyväskylä Universiteti (Finlandiya), İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə), Università degli Studi dell’Aquila (İtaliya), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetinin nümayəndələri təqdimatla çıxış ediblər.

İki günlük görüş müddətində layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və cavabdeh olduğu işlər, potensial risk və onların həll olunması yolları müzakirə olunub.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026