BDU Estoniyanın 4 əsrlik tarixi olan Tartu Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

04/11/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Estoniyanın 4 əsrlik tarixi olan Tartu Universitetinin rektoru Volli Kalm ilə görüşüb. Rektor universitetin yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən, beynəlxalq qrant və proqramlardan iştirakından danışıb, Tartu Universiteti ilə əməkdaşlıqda maraqlı ooduğunu bildirib.

Rəhbərlik etdiyi universitet barədə məlumat verən rektor Volli Kalm da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Sonda BDU ilə Tartu Universiteti arasında kimya, biologiya, riyaziyyat və kompüter elmləri, informasiya texnologiyaları sahəsində tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Qonaq BDU ilə yaxından tanış olub, elmi tədqiqat laboratoriyalarına baş çəkib. Qeyd edək ki, Tartu universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılıb və Estoniyanın ən tanınmış universitelərindən biridir.

Mətbuat və informasiya şöbəsi, 04 noyabr 2013-cü il.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026