BDU "Gənc alim və mütəxəssislərin qrant layihələri” müsabiqəsində iştirak edib

03/04/2012

Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә 2011-ci il üçün "Gənc alim və mütəxəssislərin qrant layihələri” müsabiqəsindən uğurla keçmiş layihәlәr arasında Bakı Dövlət Universitetinin əməkdaş və tələbələri də var.

Müsabiqənin uğurla keçmiş layihələrdən biri nanomateriallarin kimyəvi fizikası kafedrasının elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Ağamalıyev Zöhrab Әdalәt oğlunun “Riyazi modelә әsasәn Ge1-xSix (0≤x≤0.30) monokristalların әrintinin istiqamәtlәndirilmiş konsentrasion ifrat soyudulması üsulu ilә alınması” layihәsidir. Qrant layihәsinin müddәti 12 ay, mәblәği isə 20000 manatdır.

"Nanohissəciklərin bitki hüceyrələrinin plazmatik membranının elektrik parametrlərinə təsiri" mövzusundakı qrant layihəsi də BDU-ya məxsusdur. Biologiya fakültəsinin biofizika və molekulyar biologiya kafedrasının professoru Rövşən Xəlilovun və Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti İsmət Əhmədovun rəhbərlik etdiyi magistrantlardan ibarət qrupun layihə iştirakçıları aşağıdakılardır:

Ağayeva Nərgiz - layihənin rəhbəri, biofizika və molekulyar biologiya kafedrasının II kurs magistrantı;

Ramazanlı Vəfa - layihə icraçısı, biofizika və molekulyar biologiya kafedrasının dissertantı;

Xəlilova Gülnar - layihə icraçısı, biofizika və molekulyar biologiya kafedrasının I kurs magistrantı;

Hüseynli Əsmər - layihə icraçısı, onurğasizlar zoologiyası kafedrasının I kurs magistrantı;

Abdullayeva Aynur - layihə icraçısı, nanomateriallarin kimyəvi fizikası kafedrasının II kurs magistrantı.

Qrant layihәsinin müddәti 12 ay, mәblәği isə 6500 manatdır.

Dosenti İsmət Əhmədovun layihənin məqsədi barədə bunları deyib: “Müasir nanohissəciklər kimyəvi və fiziki üsullarla sintez olunduğundan onlar canlı aləmə üçün zəhərli olur. İnsan organizmində toplanmış bu hissəciklər gələcəkdə müxtəlif fəsad törədə bilər. Bu amili nəzərə alaraq, istəyirik ki, nanohissəciklərin toksik olub-olmadığını yoxlayaq. Bunun üçün molekulyar səviyyədə orada baş verən kimyəvi və fiziki dəyişilikləri öyrənə bilirik. Bitki hüceyrəsinin fizioloji vəziyyətindən asılı olaraq deyə bilərik ki, hissəciklər ona təsir edir ya yox, yaxud  da onun hansı proseslərinə təsir edir. Nanohissəciklərin hüceyrəyə daxil olması üçün ilkin baryer onun membranasıdır. Hissəciklər bu baryer keçdikcə membranda da dəyişiliklər yaradır. Gənc alimlərimiz bu dəyişilikləri müəyyən etmək üçün membranın elektrik parametrlərini ölçəcəklər. Bununla da biləcəyik ki, nanohissəciklər membrana necə təsir edir”.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024