BDU gənclərin məşğulluq problemləri ilə bağlı keçirilən konfransda təmsil olunub

04/11/2021

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təşkilatçılığı ilə gənclərin məşğulluq problemlərinə həsr olunmuş konfrans keçirilib. Ali təshil müəssisələrinin və dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu konfransda BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarov və Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov iştirak ediblər.

Konfransda çıxış edən BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov müasirləşən dövrdə karyera inkişafı strukturlarının vacibliyini vurğulayaraq qeyd edib ki, Universiteti bitirən məzunların əmək bazarında öz yerini tutması rəqabətədavamlılığın artırılması istiqamətində son illər aparılan maarifləndirmə işləri öz müsbət nəticələrini göstərir. İ.Şərifov çıxışında BDU-da bu istiqamətdə həyata keçirilən layihələrdən, tələbələrin əmək bazarına hazırlıqlarının təmin edilməsi istiqamətində keçirilən təlimlərdən bəhs edib, karyera planlanması haqqında keçirilən  maarifləndirici seminarların əhəmiyyətini vurğulayıb.

Konfransda gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atıldığı qeyd olunub. Azərbaycan gəncliyi, Yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə regionların sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramları və digər mühüm sənədlər qəbul olunaraq  həyata keçirildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026