BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

06/10/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Qafqaz Beynəlxalq Universitetinin rektoru Kakhaber Kordzaia imzalayıblar.

Memoranduma əsasən, hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, eləcə də birgə elmi-tədqiqatların aparılması ilə bağlı əməkdaşlıq istiqamətləri öz əksini tapıb.

Bundan əlavə, elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramlar, tədris planları və sillabusların işlənib hazırlanması, müxtəlif təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi də memorandumda nəzərdə tutulub.

 

 

Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026