BDU IFLA-nın 18-ci Resurs mübadiləsi və sənəd paylaşımı konfransında təmsil olunub

06/12/2024

Bakı Dövlət Universiteti (BDU) Kitabxana Assosiasiya və İnstitutlarının Beynəlxalq Federasiyasının (IFLA) Sənəd Təchizatı və Resurs Paylaşımı Komitəsinin 18-ci Resurs mübadiləsi və sənəd təchizatı konfransının açılış mərasimində təmsil olunub. Cənubi Qafqazda ilk dəfə keçirilən konfrans "Qlobaldan lokala: resursların paylaşımında müxtəliflik və inklüzivlik" mövzusuna həsr edilib.

IFLA-nın Sənəd Təchizatı və Resurs Paylaşımı Komitəsi kitabxanalar və sənəd təminatçıları arasında resursların mübadiləsi ilə məşğul olan kitabxana və qurumların qlobal şəbəkəsində mühüm yer tutur. Həmçinin yaranan tendensiyalar və irəliləyişlər, yeni təşəbbüslər, konfranslar, seminarlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq səyləri haqqında məlumatların yayılması üçün mərkəz kimi xidmət göstərir.

Ölkə kitabxanalarının informasiya sistemlərinin davamlı inkişafı kontekstində ADA Universitetinin ev sahibliyi və ADA Universitetinin Kitabxanasının direktoru, IFLA-nın Sənəd Təchizatı və Resurs Paylaşımı Komitəsinin koordinatoru Elçin Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə Koç Universitetinin Kitabxana direktoru və IFLA Sənəd Təchizatı və Resurs Paylaşımı Daimi Komitəsinin sədri Tuba Akbaytürk, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Amerikalı Tədqiqat Kitabxanaları Assosiasiyasının prezidenti Trevor A.Daves çıxış ediblər.

Konfransda BDU-nu Elmi Kitabxananın direktoru Nigar İsmayılova, Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova, İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti təmsil edib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”
22/02/2026

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2026

BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub

BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub
20/02/2026